Tibb işçilərinin maaşları yeni qaydalarla hesablanacaq

Xəbərlər

30.06.2021 - 17:59

“Hazırda işçi qrupu bunun üzərində ciddi çalışır”

 

“Tibb işçilərinin əməkhaqlarının hesablanması qaydalarının dəyişdirilməsi üzərində operativ iş aparılır. Hazırda işçi qrupu bunun üzərində ciddi çalışır”. AYNA xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov məlumat verib.

 

O bildirib ki, bu qaydalar bütün səhiyyə sahəsinə şamil ediləcək: “Qeyd edim ki, qaydalar təsdiq edildikdən sonra vətəndaşlara ətraflı məlumat veriləcək”.

 

K.Ələkbərovun sözlərinə görə, KTM-də çalışan tibb işçilərinə əlavələrin verilməsi iki gün ərzində həyata keçiriləcək: “Bu əlavələr aprelin 1-dən başlanaraq hesablanacaq və bütün tibb, eləcə də qeyri-tibb sektorunu əhatə edəcək”.

Müəllif: Ayna.az