“The Washington Post”: Sanksiyalar Rusiyanın silah istehsalına zərbə vurur

Dünya

06.12.2024 - 15:05

Həkimlər Klinikalar SEO Xidməti

Qərbin sanksiyaları Rusiyanın silah istehsal etmək imkanlarını tədricən azaldır

Qərbin sanksiyaları Rusiyanın silah istehsal etmək imkanlarını tədricən azaldır. AYNA “The Washington Post”a istinadən xəbər verir ki, bu fikri ABŞ rəsmiləri bildiriblər.

Anonimlik şərti ilə danışan rəsmilər qeyd ediblər ki, sanksiyalar Moskvanın döyüş meydanında məqsədlərinə çatmaq imkanlarına mane olacaq şəkildə Rusiyanın silah istehsalına zərbə vurur.

Bundan əlavə, bir çox müstəqil ekspert sanksiyaların Rusiya avadanlıqlarının keyfiyyətini pisləşdirdiyi və tədarük zəncirlərini daha kövrək etdiyi ilə razılaşır.

“The Washington Post” amerikalı rəsmilərin və ekspertlərin sözlərinə istinadən yazır ki, Rusiya hər ay zavodlarının istehsal edə biləcəyindən daha çox tank və haubitsanı cəbhədə itirir.

Müəllif: Ayna.az