Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

Xəbərlər

27.10.2020 - 14:02

Düşmən yeni humanitar atəşkəs rejimini kobudcasına pozur

 

Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, humanitar atəşkəs rejimini mütəmadi olaraq pozan düşmən, Azərbaycanın sərhəd rayonlarını ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş