TƏBİB-dən tövsiyə: Kitabxanaların oxu zalları istifadəyə verilməməlidir

Xəbərlər

10.05.2020 - 13:14

cedabet dərman SEO Xidməti

Müəssisəyə fərdi qoruyucu vasitələrlə daxil olunmalıdır

 

Kitab, qəzet və dəftərxana mallarının onlayn satışına üstünlük verilməlidir. Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir. AYNA xəbər verir ki, bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair hazırladığı metodiki vəsaitdə əks olunub.

 

Qeyd edilib ki, həmin müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır. Əhaliyə xidmət göstərən heyət fərdi qoruyucu vasitələrlə təmin olunmalıdır. Müəssisəyə fərdi qoruyucu vasitələrlə daxil olunmalıdır. Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir. İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.

 

Bildirilir ki, geyim satışı zamanı paltardəyişmə otaqlarından istifadə qadağandır. Kosmetika və ətriyyat satışı zamanı nümunə üçün ayrılmış kosmetik vasitələri istifadə etmək olmaz. Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti və mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri zamanı müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş