ABŞ Ordusu ilə əməkdaşlıq etməyən qadınların yalnız bir hissəsi belə fürsətə sahib olacaqlar
“Taliban” Əfqanıstanda qadınların dövlət qulluğunda işləməsi üçün bir sıra şərtləri açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “BBC Persian” “Taliban” qruplaşmasının Dohadakı nümayəndəsi Şir Məhəmməd Abbas Stanikzaya istinadən məlumat yayıb.
Hərəkatın sözçüsü bildirib ki, qadınlar Əfqanıstanda hökumət strukturlarında nazir səviyyəsindən aşağı vəzifələrdə işləyə biləcəklər. Stanikzaya ABŞ Ordusu ilə əməkdaşlıq etməyən qadınların yalnız bir hissəsinin belə fürsətə sahib olacağını vurğuladı.
Qeyd edək ki, 25 avqustda “Taliban” təhlükəli olduğu üçün qadınların evlərindən çıxıb işə getmələrini müvəqqəti olaraq qadağan edib.