"Taliban" ABŞ-a xəbərdarlıq edib

Dünya

29.09.2021 - 02:29

Həkimlər Klinikalar SEO Xidməti

Zəbihullah Mücahid: "Biz ABŞ-ı Doha razılaşmalarına riayət etməyə çağırırıq"

"Taliban" ABŞ-ı pilotsuz uçan aparatların bu gün Əfqanıstanın hava məkanına qanunsuz daxil olmaqda ittiham edib.

AYNA xəbər verir ki, müvafiq bəyanat hərəkatın nümayəndəsi Zabihullah Mücahidin "Twitter" səhifəsində dərc edilib.

Məlumatda deyilir ki, ABŞ pilotsuz təyyarələrini hava sahəmizə göndərməklə "Əfqanıstan İslam Əmirliyi"nin suverenliyini və beynəlxalq hüquq normalarını pozub:

"Belə halların qarşısı alınmalıdır. Biz ABŞ -ı "Taliban" və Vaşinqton arasında" imzalanan Doha razılaşmalarına riayət etməyə çağırırıq. Əks təqdirdə, bunun fəsadı ola bilər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş