Ölənlər arasında üç müəllim, üç şagird və atəş açdıqdan sonra intihar edən şagird var
Tailandın Nonthaburi əyalətindəki məktəbdə baş verən atışma nəticəsində yeddi nəfər ölüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Khaosod” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, ölənlər arasında üç müəllim, üç şagird və atəşdən sonra intihar edən şagird var. Daha 15 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Polis faciənin səbəbləri ilə bağlı araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları və təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirir.