Tacikistanın Baş naziri Azərbaycandadır

Xəbərlər

25.09.2026 - 10:46

Koxir Rasulzodanı rəsmi şəxslər qarşılayıblar

Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda sentyabrın 25-də Azərbaycan Respublikasına səfər edib. AYNA.AZ xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Koxir Rasulzodanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Tacikistanın Baş naziri Azərbaycandadır
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş