Suriyada ölən Rusiya hərbçilərinin sayı açıqlanıb

Dünya

15.03.2021 - 16:21

Son 6 ildə 112 Rusiya hərbçisi əməliyyatlarda ölüb

 

Suriyadakı hərbi əməliyyatlar zamanı 112 Rusiya hərbçisi ölüb. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Andrey Krasov bildirib.

 

Hərbçilərin hansı şəraitdə, Suriyanın hansı şəhərlərində öldüyü haqqında Krasov təfərrüatları açıqlamayıb.

 

Qeyd edək ki, Rusiya 2015-ci ilin sentyabrından etibarən Suriyada hərbi əməliyyat keçirir. Əməliyyatlar İŞİD daxil olmaqla, terrorçulara qarşı mübarizədə hökumət ordusuna və Suriya Prezidenti Bəşər Əsədin dəstəklənməsi məqsədi daşıyır.

Müəllif: Ayna.az