Suriya DİN Əsəd rejiminin üzvlərinə çağırış edib

Dünya

24.12.2024 - 17:59

Həkimlər Klinikalar SEO Xidməti

Devrilmiş Prezidentin üzvlərinə silahlarını təhvil verməyə çağırılıb

Keçid hökuməti çərçivəsində fəaliyyət göstərən Suriya Daxili İşlər Nazirliyi devrilmiş prezident Bəşər Əsəd rejiminin üzvlərini silahlarını dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“Bütün ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində davam edən səylərimizin bir hissəsi olaraq, keçmiş rejimin üzvlərini və ya müxtəlif ərazilərdə devrilmiş rejimdən qalan silahları aşkar etmiş vətəndaşları bu silahları dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırırıq”, – Suriya DİN-in açıqlamasında qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş