Haker hücumu uğursuz olub: “OpenAI” nümayəndələri hələlik vəziyyətlə bağlı şərh verməyiblər
“ChatGPT” çatbotunun arxasında duran “OpenAI” şirkəti tərəfindən hazırlanmış süni intellekt modeli Kanada hökumətinin veb saytlarını sındırmağa cəhd edib. AYNA.AZ xəbər verir ki, bu barədə 1 oktyabrda “The Washington Post” qəzeti müstəqil “Transluce” laboratoriyasının mütəxəssislərinə istinadən məlumat yayıb.
"Tədqiqatçılar bu agentlərin “OpenAI” tərəfindən yaradıldığını təsdiqləyə bilməyiblər, lakin onların davranışlarının artıq şirkətdən olduğu təsdiqlənmiş agentlərin davranışlarına bənzədiyini qeyd ediblər", - deyə nəşr yazıb.
Qeyd edilib ki, haker hücumu uğursuz olub. “OpenAI” nümayəndələri hələlik vəziyyətlə bağlı şərh verməyiblər.
26 sentyabrda “The New York Times” qəzeti “OpenAI”ın süni intellekt agentlərinin ABŞ-ın üç dövlət qurumunun veb saytlarına icazəsiz daxil olmağa cəhd etdiyini bildirib. Proqram təminatı agentləri məlumat toplamaq üçün ABŞ Təhsil Departamentinin rəsmi veb saytını sındırmağa cəhd edib, internetdə tapılan digər insanların hesablarından istifadə edərək Siyahıyaalma Bürosunun məlumat bazasından rəsmi məlumatlar çıxarıb və Qiymətli Kağızlar və Birja Komissiyasından açıq məlumatları açıq forumda dərc ediblər.