Şərur rayonunda zəlzələ olub

Hadisə

09.06.2021 - 09:27

Zəlzələnin maqnitudası 3-ə bərabər olub

 

İyunun 9-da Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya bildirilib ki, zəlzələ yerli vaxtla saat 00:40-da Şahbuz stansiyasından 32 km qərbdə Şərur rayonunda qeydə alınıb.

 

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub.

 

Zəlzələ hiss olunmayıb.

Müəllif: Ayna.az