“Rusiyanın Qərb Hərbi Dairəsində 20-yə yaxın yeni birləşmə və bölmə yaradılacaq”
Bu ilin sonuna qədər Rusiyanın Qərb Hərbi Dairəsində 20-yə yaxın yeni birləşmə və bölmə yaradılacaq. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Sergey Şoyqu deyib.
Nazir qeyd edib ki, bu, Rusiya sərhədlərində uçuşların intensivliyini və hərbi gəmilərini artıran ABŞ-ın liderlik etdiyi NATO müttəfiqlərinin fəaliyyətinə cavab olacaq.
“Qərbdən olan həmkarlarımızın hərəkətləri dünyadakı təhlükəsizlik sisteminə zərbə vurur və bizi adekvat əks tədbirlər görməyə vadar edir. Yeni bölmələr müasir silah və texnika ilə təchiz ediləcək və ümumilikdə, bu il Qərb Hərbi Dairə qoşunları iki min silahla təchiz olunması planlaşdırılır”, - deyə Şoyqu bildirib.
Nazir onu da deyib ki, Baltik Donanmasının gəmiləri tərəfindən döyüş hazırlığı tapşırıqlarının işlənməsinin intensivliyi artırılacaq.