SEPAH komandanı İsraili hədələdi: “Biz qisas alacağıq”

Dünya

15.11.2024 - 08:15

Həkimlər Klinikalar SEO Xidməti

“Biz sizinlə sona qədər üz-üzə vuruşacağıq, müsəlmanların taleyini nəzarətdə saxlamağınıza imkan verməyəcəyik”

“İran oktyabrda İslam Respublikasına hücuma görə İsrailə mütləq cavab verəcək”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-leytenant Hüseyn Səlami deyib.

“Biz qisas alacağıq. Ağrılı zərbələr alacaqsınız. Gözləməyə davam edin”, - deyə Səlami İsraili hədələyib.

Salaminin sözlərinə görə, “dünyanın ən müasir orduları” İranla qarşıdurmada İsrailə kömək edir.

SEPAH komandanı İranın israilyönlü koalisiya ilə qarşıdurmasını “İranı öz iradəsinə uyğun əymək, müsəlmanların taleyinə nəzarət etmək, onların torpaqlarını işğal etmək və dini kimliklərini məhv etmək istəyən qüvvələrlə qarşıdurma” adlandırıb.

“Biz sizinlə sona qədər üz-üzə vuruşacağıq, müsəlmanların taleyini nəzarətdə saxlamağınıza imkan verməyəcəyik”, - Səlami əlavə edib.

Müəllif: Ayna.az