“Düşmən dənizdə və ya adalarda hər hansı bir hərəkətə keçərsə...”
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri Məhəmməd Pakpur Fars körfəzi adalarında yerləşən SEPAH hərbi-dəniz bölmələrinə baxış keçirərkən, onların döyüş hazırlığını yüksək qiymətləndirib.
AYNA.AZ “Mehr” agentliyinə istinadən xəbər verir ki, komandir bölmələrə baxış keçirərkən Fars körfəzində Amerika gəmisinin keçidini müşahidə edib.
"Silahlı qüvvələr sionist rejimi (İsrail - red) və ABŞ-ı 12 günlük tətbiq edilmiş müharibə zamanı diz çökdürdüyü kimi, düşmən dənizdə və ya adalarda hər hansı bir hərəkətə keçərsə, SEPAH-ın dəniz birləşmələri də bütün gücü ilə cavab verəcəklər", - Pakpur bildirib.