Şəmkirdə iki avtomobil toqquşdu

Hadisə

02.08.2020 - 20:11

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində iki nəfər yaralanıb

 

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə hadisə rayonun Çənlibel kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə “Great Wall” markalı avtomobili toqquşub.

 

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş