Şelli kəndində ölüm hadisəsi baş verib

Hadisə

20.09.2026 - 21:48

Ağdamda kəhriz quyusunda meyit aşkarlanıb

Ağdam rayonunun Şelli kəndində ölüm hadisəsi baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, kənd ərazisində yerləşən kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti aşkarlanıb.

İlkin məlumata görə, M.Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmayıb. Bundan sonra onun yaxınları itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məlumata görə, Bərdə sakini Ağdamın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işləyib.

Hadisənin səbəbləri və ölümün digər təfərrüatları araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş