Şəhid ailəsinə ev verilib

Xəbərlər

09.04.2021 - 13:28

Musayev Elşənin ailəsi üçotaqlı mənzillə təmin olunub

 

Vətən müharibəsinin şəhidi Musayev Elşənin ailəsinə üçotaqlı mənzil verilib. Bu barədə AYNA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

 

Qeyd edilib ki, şəhid ailəsi Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində mənzillə təmin olunub.

 

Xatırladaq ki, Musayev Elşən Hüseyn oğlu 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Müəllif: Ayna.az