Tikilinin qalan hissəsi yanğından mühafizə olunub
Şəki şəhərinin Böyük Dəhnə kəndində yanğıjn olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 400 m² olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 300 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanan binada Kənd Mədəniyyət Klubuna məxsusdur ki, orada da Məntəqə Seçki Komissiyası (MnSK) və kənd bələdiyyəsi yerləşir. Yanğın MnSK hissədə baş verib və binanın 90 faizi tam yanıb. Yanğının bələdiyyənin yerləşdiyi hissəyə keçməsinin qarşısı alınıb.