Köçəryanlarla bağlı cinayət işi çərçivəsində Sarkisyanın ölkədən çıxışı qadağan edilib
Ermənistanın keçmiş rezidenti Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsindən bildirilib.
Qeyd olunub ki, sabiq Prezident Robert Köçəryan və onun oğlu, deputat Sedrak Köçəryanla bağlı cinayət işi çərçivəsində Sarkisyanın ölkədən çıxışı qadağan edilib.