Sahibə Qafarova İran Prezidentinin andiçmə mərasimində iştirak edib

Dünya

05.08.2021 - 22:14

Həkimlər Klinikalar SEO Xidməti

Mərasimə 73 ölkədən 115 rəsmi şəxs qatılıb 

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.

 

AYNA xəbər verir ki, avqustun 5-də nümayəndə heyətimiz İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edib.

 

İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10-a yaxın ölkənin prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

 

Qeyd edək ki, iyunun 18-də İranda növbəti prezident seçkiləri keçirilib. Seyid İbrahim Rəisi 61,9 faiz səslə prezident seçkilərində qalib elan olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş