Sabahın havası: Bakıda yağış yağacaq

Xəbərlər

04.10.2026 - 14:32

Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq

Oktyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 12-15° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş