"Sabah"-"Hapoel" matçına 15 min bilet satılıb

İdman

21.08.2026 - 16:59

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva) oyununa 15 min bilet satılıb. AYNA.AZ xəbər verir ki, bunu Bakı təmsilçisinin Mətbuat Xidməti açıqlayıb.

Qarşılaşma avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş