Sabah Gürcüstanda matəmdir

Dünya

09.04.2021 - 11:42

Çayı keçərkən həlak olan 4 vətəndaşın xatirəsi anılacaq

 

Aprelin 10-u Gürcüstanda matəm günü elan olunub. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, ölkənin Baş naziri İrakli Qaribaşvili bu barədə müvafiq qərar imzalayıb.

 

Qərara əsasən, sabah Abxaziya bölgəsində yaşayan və Gürcüstana keçərkən həlak olan 4 Gürcüstan vətəndaşının xatirəsi anılacaq. Dövlət bayraqları endiriləcək.

 

Xatırladaq ki, aprelin 7-də Gürcüstanın 4 vətəndaşı İnquri çayını keçərək Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə daxil olmağa cəhd edərkən boğulub.

Müəllif: Ayna.az