Sabiq Prezident saç düzümünü Ukrayna kazaklarının saç düzümünə uyğunlaşdırıb
Hazırda həbsxanada olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili imicini dəyişib. AYNA.AZ xəbər verir ki, “Abzats” xəbər agentliyinin “Telegram” kanalında Saakaşvilinin yeni görünüşdə şəkli paylaşılıb.
Şəkildə Gürcüstanın keçmiş liderinin üzərində tikmə köynəyi xatırladan qırmızı naxışlı ağ köynək geyindiyi təsvir olunub. Saakaşvili həmçinin alnını da böyüdüb. O sonuncu məhkəmə iclasında bu geyimdə peyda olub. Sabiq Prezident saç düzümündə də dəyişiklik edib. Saakaşvili saç düzümünü Ukrayna kazaklarının saç düzümünə uyğunlaşdırıb.
Xatırladaq ki, 2015-ci ildə siyasətçi Odessa vilayətinin qubernatoru təyin edilib. O həmçinin 2004-cü ildən 2013-cü ilə qədər ardıcıl iki müddət Gürcüstan Prezidenti olub.
Qeyd edək ki, Saakaşvili 2013-cü ildə prezidentlik müddəti başa çatdıqdan sonra Gürcüstanı tərk edib. "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyası hakimiyyətə gəldikdən sonra ona qarşı bir neçə cinayət işi açılıb. O dövrdə siyasətçi Ukraynada yaşayırdı. Orada Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb və daha sonra Prezident Volodimir Zelenskinin rəhbərliyi altında Milli İslahat Şurasına rəhbərlik edib.
2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana qayıdıb və saxlanılıb. Məhkəmə artıq ona bir neçə iş üzrə həbs cəzası verib və daha bir neçə iş hələ məhkəmə baxışındadır.
2025-ci ildə prokurorluq ona qarşı yeni ittihamlar irəli sürüb - hakimiyyətin zorla dəyişdirilməsi çağırışları ilə bağlı. Bu ittihamlar siyasətçinin sosial media paylaşımlarından və məhkəmədə uzaqdan çıxışlarına əsaslanır.
Saakaşvili hazırda cəzasını Rustavi həbsxanasında çəkir.