Gündəlik yoluxma sayında 20% artımın olması vəziyyətin kritik olduğuna işarə edir
Rusiyada koronavirusa yoluxmada ciddi say artımı müşahidə olunur. AYNA xarici mediaya əsasən xəbər verir ki, son məlumata görə, bu gün daha 5849 nəfərdə yoluxma faktı təsdiqlənib.
Müqayisə üçün deyək ki, ötən gün bu rəqəm 4774 nəfər olub. Hazırda ümumi yoluxanların sayı 68 622 nəfərdir. Ötən gün ölən 60 nəfərlə birlikdə ölkədə ümumi ölüm sayı 615 nəfərə çatıb.
Rusiya rəsmiləri bildiriblər ki, gündəlik yoluxma sayında 20% artımın olması vəziyyətin kritik olduğuna işarə edir.
Qeyd edək ki, ötən həftə Rusiya hökuməti aprelin sonlarında Covid-19-a yoluxma sayında artım olacağı proqnozunu vermişdilər.