Rusiyada 5,4 maqnitudalı zəlzələ qeydə alınıb

Dünya

15.12.2024 - 08:52

Həkimlər Klinikalar SEO Xidməti

Zəlzələ ocağı 123 km dərinlikdə yerləşib

Rusyanın Kamçatka yarımadasının Kronotsk körfəzində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

"Bu gün dekabrın 15-də səhər Kronotsk körfəzinin akvatoriyasında 5,4 maqnitudalı seysmik hadisə baş verib. Zəlzələ ocağı 123 km dərinlikdə, episentri Milkovo kəndindən 135 km şərqdə yerləşib", - məlumatda deyilir.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatka və Vilyuçinsk şəhər dairələrində, həmçinin Yelizovsk rayonunda iki maqnitudada hiss olunub.

Sunami təhlükəsi elan edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş