Sergey Lavrov: “Moskva böhrandan daha çox siyasi və diplomatik həllə üstünlük verir”
“Rusiya Ukrayna nizamlanması üzrə danışıqları dayandırdığı yerdən bərpa etməyə hazırdır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov "Ukrayna böhranı: Qərbin əsl məqsədləri və rolu" mövzusundakı “dəyirmi masa”da çıxış edərkən deyib.
Rusiya XİN rəhbəri qeyd edib ki, “Moskva böhrandan daha çox siyasi və diplomatik həllə üstünlük verir”.
"Prezident hər dəfə Ukrayna məsələsi ilə bağlı danışanda vurğulayır ki, biz açıq şəkildə siyasi və diplomatik həllə üstünlük veririk", - deyə Lavrov bildirib.
Nazirin sözlərinə görə, belə bir həllin parametrləri Alyaska sammitində müzakirə olunub və orada amerikalı danışıqçılar öz fəaliyyət planlarını təklif ediblər: "Biz bu planla razılaşdıq. Onun həyata keçirilməsi siyasi həllin detalları üzrə danışıqların başlanmasını tələb edir".