Rusiya ilə Belarus birgə hərbi təlimlər keçirəcəklər

Dünya

07.03.2021 - 21:03

Təlimlər martın 9-dan 20-dək davam edəcək

 

Belarus və Rusiya iki birgə hərbi təlim keçirəcək. AYNA xarici mediaya istinadən bildirir ki, birgə hərbi təlimlər martın 9-dan 20-dək Rusiyanın Polivno, martın 15-dən 20-dək isə Belarusun Osipoviskiy poliqonlarında keçiriləcək.

 

Rusiyada keçiriləcək birgə hərbi təlimdə 400-dən çox hərbçi və 100 hərbi texnika, o cümlədən iki Mi-24 və altı Mi-8AMTŞ vertolyotları iştirak edəcək.

 

Belarus ərazisində keçirilən birgə hərbi təlimə də eyni sayda canlı qüvvə və hərbi texnika cəlb ediləcək.

Müəllif: Ayna.az