Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb

Dünya

21.09.2026 - 13:05

Hakim “Vahid Rusiya” Partiyası Dövlət Dumasında 355 deputat yerinə sahib olacaq

Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova deyib ki, seçkilərində seçici iştirakı 59,32 faiz olub.

Pamfilova deyib ki, hakim “Vahid Rusiya” Partiyası, Rusiya Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və Yeni Xalq Partiyası Dövlət Dumasının deputat siyahısı seçkilərində səslərin 95,45 faizini emal etdikdən sonra 5 faizlik həddi keçiblər.

Onun sözlərinə görə, Ədalətli Rusiya Partiyası hələ də 5%-lik həddi keçmək şansına malikdir.

Pamfilova vurğulayıb ki, “Vahid Rusiya” Dumada 355 yerə sahib olacaq.

“Seçkilərin yekun nəticələri 25 sentyabrda açıqlanacaq”, - deyə qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş