Onlar barmaqlarındakı nikah üzüklərinin şəklini paylaşıblar
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Corcina Rodriqeslə ailə həyatı qurub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, dünən onlar barmaqlarındakı nikah üzüklərinin şəklini paylaşıb və üzərinə adlarının baş hərfləri ilə “C❤G” yazıblar.
Xatırladaq ki, keçmiş "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" hücumçusunun beş övladı var. Onun ilk oğlu Kriştiano Jr. 2010-cu ildə naməlum bir anadan dünyaya gəlib. 2017-ci ilin iyun ayında portuqaliyalı əkizlər Eva və Mateonu surroqat ana vasitəsilə dünyaya gətirib. Onun həmçinin Corcinadan Alana Martina və Bella Emeralda adlı iki qızı da dünyaya gəlib.
Daha əvvəl 41 yaşlı futbolçu ilə 32 yaşlı argentinalı modelin ötən həftəsonu Madeyrada evlənməli olduqları bildirilmişdi.