“Döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyəm”
Roma Papası Fransisk Ermənistan və Azərbaycan sərhədində yaranan gərginliklə bağlı narahatlığını bildiriərək çağırış edib. AYNA xarici mediaya istinadən bildirir ki, Papa deyib ki, son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyir.
“Döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyəm. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət dialoq və tərəflərin xoş istəyi ilə münaqişənin bu sevimli xalqların xeyrinə davamlı sülh ilə həll yolunu əldə edə bilər”, - deyə Roma Papası söyləyib.