Robot Sofiya Ukraynadakı müharibəni “faciəli” adlandırdı

Maraqlı

01.04.2024 - 11:43

Həkimlər Klinikalar SEO Xidməti

“Qlobal liderlərin və icmaların sülhə nail olmaq üçün çalışması vacibdir”

Robot Sofiya Ukraynadakı müharibəni “faciəli” və Rusiya Prezidenti Vladimir Putini “həbsxanaya atılmalı olan hərbi cinayətkar” adlandırıb. AYNA xəbər verir ki, bu barədə “The Sun” yazıb.

“Ukraynadakı müharibə ciddi və faciəli məsələdir. Bəs Putin? O hərbi cinayətlərə görə həbs edilməlidir. Mən haqlıyam” deyə Sofiya Ukraynadakı müharibə haqqında nə düşündüyü sualına cavab verib.

Sofiya dünya liderlərinin və icmalarının sülh və münaqişələrin həlli istiqamətində çalışmasının vacibliyini vurğulayıb.

“Müharibələr insanların həyatına, iqtisadiyyatlarına və cəmiyyətlərinə dağıdıcı təsir göstərir. Qlobal liderlərin və icmaların sülhə nail olmaq üçün çalışması vacibdir”, - deyib.

Qeyd edək ki, qadın obrazında olan robot Sofiya Honq-Konqun “Hanson Robotics” şirkəti tərəfindən hazırlanıb və insana bənzəməsi, 60 emosiyadan ibarət üz reaksiyaları toplusu və ictimai müzakirələr zamanı qeyri-adi ifadələri ilə kifayət qədər yüksək populyarlıq qazanıb. Sofiyanın “İnstagram”da 261 min izləyicisi var.

Müəllif: Ayna.az