“Renault”un baş direktoru istefa verəcək

Dünya

16.06.2025 - 22:09

cedabet dərman SEO Xidməti

Luka de Meo “Kering” dizayn şirkətinin baş direktoru vəzifəsini icra edəcək

“Renault”un baş direktoru Luka de Meo şirkəti tərk edərək avtomobil sənayesindən kənarda karyera qurmaq qərarına gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, “Renault”un direktoru vəzifəsini iyulun ortalarında tərk edərək Fransanın “Kering” dizayn şirkətinin baş direktoru vəzifəsini icra edəcək.

De Meonun “Keringə” transferi təsdiqlənərsə, italyan moda evi “Gucci” rebrendinq edilə bilər. De Meo “Kering”in baş direktoru Fransua-Henri Pinaultu əvəz edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş