Zaur Məmmədov: “Avropa Məhkəməsinin qərarında Azərbaycan tərəfi günahlandırılmayıb”
“Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır və təbii ki, Ramil Səfərovla bağlı məsələdə də Azərbaycan onu Macarıstandan ekstradisiya edərək Ermənistanı həm pərt, həm də şok vəziyyətə salmağa müyəssər oldu. Bu, bir daha göstərdi ki, Azərbaycanın dünyanın ayrı-ayrı ölkələri ilə münasibətləri inkişaf etməkdədir və hər kəs kimin haqlı, kimin haqsız olduğunu çox yaxşı bilir”.
Bunu AYNA-ya açıqlamasında siyasi elmlər doktoru, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. O bildirib ki, Ramil Səfərov hadisələrinə qiymət verilərkən, onun uşaqlıqdan psixoloji, gərgin mühitdə böyüməsi, ermənilərin qəsbkarlığı, azərbaycanlılara qarşı həyata keçirilən işğalçılıq siyasəti hər zaman nəzərə alınmalıdır: “Ermənilər Qarabağ münaqişəsi də daxil olmaqla, 20-ci əsrdən başlayaraq Azərbaycana qarşı təcavüzkar, etnik təmizləmə siyasəti həyata keçiriblər”.
Ayna.az
Pin up casino Pin-up casino giriş