Qoyun dərisi geymiş canavarlar və ya özünüifşa

Siyasət

28.04.2025 - 10:16

Həkimlər Klinikalar SEO Xidməti

Erməni kilsəsinin xristian inancı ilə heç bir əlaqəsi yoxdur

Bütün ermənilərin katolikosu II Qareginin rəhbərlik etdiyi erməni kilsəsi vaxtaşırı Azərbaycanın Qarabağ bölgəsinə aid olan “qədim erməni” ərazisinin itirilməsindən sızıldayır, sözügedən ərazidə xristian irsinin qorunub saxlanması məsələsini gündəmə gətirir. Bütün bunlar onu deməyə əsas verir ki, erməni kilsəsi hələ də Azərbaycanın ayrılmaz hissəsini Ermənistan dövlətinin ərazisi hesab edir, öz inanclılarının  revanşist əhval-ruhiyyəsini qızışdırmaqda davam edir, düşmənçiliyi fəal şəkildə qızışdırır və bununla da Ermənistan-Azərbaycan münaqişəsinin alovunun sönməsinə imkan vermir. Xüsusilə nəzərə alaq ki, onun tərkibində “Artsax yeparxiyası” fəaliyyət göstərir.

İsa Məsihin şagirdi tərəfindən əsası qoyulmasa da, nədənsə özünü apostol adlandıran erməni kilsəsi bu dəfə aprelin əvvəllərində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Varşavada “Qərbi Azərbaycan mədəni yaddaşımızda” adlı sərginin keçirilməsindən hiddətlənib. Belə ki, erməni kilsəsi öz bəyanatında bu sərgini “Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının növbəti təzahürü və erməni xalqının çoxəsrlik mənəvi-mədəni irsini mənimsəmək cəhdi” adlandırıb.

Erməni kilsəsinin bəyanatında deyilir: “Biz Azərbaycanın tarixi yenidən nəzərdən keçirmək hərəkətlərini, Ermənistan və Artsaxdakı erməni məskənlərini, mədəni və tarixi dəyərlərini azərbaycanlı kimi təqdim etmək cəhdlərini qətiyyətlə pisləyirik”.

Eyni zamanda, bəyanatda vurğulanır: “Bu cür qınaq doğuran təşəbbüslər nəinki regionda sülhün bərqərar olmasına kömək etmir, həm də xalqlar arasında dinc yanaşı yaşama mühiti yaratmaq üçün atılan bütün addımları puç edir”.

Əsrlər boyu dinlərarası və millətlərarası ədavəti qızışdırmaqdan başqa heç bir iş görməyən, erməni cəmiyyətini Azərbaycan və Türkiyə ilə ölümcül qarşıdurmaya hazırlayan bir təşkilatdan belə bir şey eşitmək olduqca qəribədir.

Qoyun paltarı geymiş canavar kimi, erməni kilsəsi də özünü qurban kimi göstərir və Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları olduğunu iddia edir. Baxmayaraq ki, müasir Ermənistan ərazisində 3500 tarix və mədəniyyət abidəsinin, 500 qəbiristanlığın və 391 məscidin olması bu ərazinin tarixi Azərbaycan torpaqları olduğunu deməyə əsas verir.

Və belə bir şeyi inkar etmək absurd və gülüncdür. Müasir Ermənistanın Azərbaycan torpaqlarında yaradıldığı faktı ortadadır. Erməni plagiatçıları və saxtakarları nə qədər çalışsalar da, bu həqiqəti gizlədə bilməyəcəklər. Necə ki, erməni kilsəsi bütün tarixi boyu etnik və dini dözümsüzlük toxumu səpib, separatizmi və ekstremizmi himayə edib, amma bir nəticəyə vara bilməyib.

Azərbaycan əraziləri işğaldan tam azad edildikdən sonra erməni kilsəsi heç vaxt Bakı ilə İrəvan arasında regionda sülh və əmin-amanlığın bərqərar olması üçün dialoqu alqışlamayıb. O, müharibənin vurduğu yaraları sağaltmağa, xalqlar arasında sülh və əmin-amanlığı təbliğ etməyə çalışmadı, əksinə, Azərbaycana qarşı düşmənçilik və nifrət toxumu səpməkdə davam etdi. Və birdən o, özünü günahsız quzu kimi göstərmək qərarına gəldi.

Bu cür davranışı bir sözlə xarakterizə etmək olar - ikiüzlülük. Yeri gəlmişkən, İsa Məsih ikiüzlüləri “qoyun dərisi geymiş canavar” adlandırmışdı (Matta 7:15). Bununla da erməni kilsəsi açıq şəkildə nümayiş etdirdi ki, onun xristian dini ilə heç bir əlaqəsi yoxdur.

Müəllif: Asif Aydınlı

Pin up casino Pin-up casino giriş