Qonşu ölkədə virusdan ölənlərin sayı yenidən artıb

Dünya

26.05.2020 - 13:04

Ölüm sayında dünənki rəqəmlərlə müqayisədə iki dəfə artım olub

 

Rusiyada son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 174 nəfər artaraq 3 min 807-ə yüksəlib. AYNA xəbər verir ki, qeydə alınan ölüm sayında dünənki rəqəmlərlə müqayisədə iki dəfə artım olub.

 

Digər tərəfdən, ölkədə koronavirusa yoluxanların sayı da 8 min 915 nəfər artaraq 362 min 342-ə çatıb.

 

Qeyd edək ki, Rusiya bu göstərici ilə ABŞ və Braziliyadan sonra üçüncü yeri tutur.

Müəllif: Ayna.az