“Bu, hakimiyyətin taleyinin həll ediləcəyi hadisə olacaq”
Proporsional sistemə uyğun olaraq 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı vəd olunan islahatlar həyata keçirilmədiyi üçün Tbilisidə genişmiqyaslı etiraz hərəkatı başlayıb. Hazırda etirazlar geniş vüsət alır. Hakimiyyəti saxtakarlıqda ittiham edən müxalifət və vətəndaş cəmiyyəti fəalları küçəyə axışıblar.
Noyabrın 17-də 20-dən çox müxalifət partiyasının üzvləri, konstitusiya islahatlarının uğursuzluğuna cavab olaraq geniş etiraz aksiyaları keçirmək üçün Tiflisin mərkəzinə yığışıblar. Onlara ölkənin, demək olar ki, hər yerindən etirazçılar qoşulublar.
Dünən axşam mitinqlər bitdikdən sonra müxalifət ümumi etiraz aksiyası elan edib və qanunverici orqanın binasının hər üç girişini bağlayıb. Azad Rusiya Vəqfinin Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, siyasi ekspert Yeqor Kuroptev etirazların yaşandığı meydandan birbaşa AYNA-nın suallarını cavablandırıb.
Rauf Orucov