Qolunda elektron qolbaqla narkotik satan məhkum saxlanılıb - <font color=red> VİDEO</font>

Hadisə

22.05.2021 - 18:53

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyi məlumat yayıb 

 

Bakıda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb.

 

DİN Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, paytaxt sakinləri Əli Şahrzayev və Allahverdi Allahverdiyevdən heroin aşkar olunaraq götürülüb.

 

Bu şəxslər ifadələrində narkotik vasitələri tanışları olan Suraxanı rayon sakini Qadir Ağayevdən aldıqlarını bildiriblər. Əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim olunub. Q. Ağayevin üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 4 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

 

Qeyd edək ki, narkotik vasitələrin satışı ilə məşğul olan Qadir Ağayev əvvəl məhkum olunub. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq Q. Ağayev yenidən narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün saxlanılıb.

 

Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Məlikov saxlanılıb. Onun üzərindən 1 kiloqram 70 qram heroin və satışı qadağan olunan psixotrop tərkibli “Tramadol” həbi aşkar olunaraq götürülüb.

 

Adları sadalanan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş