Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib

Dünya

04.06.2021 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

Tacikistan tərəfində hərbçilərin və yüngül zirehli texnikanın cəmlənməsi müşahidə edilir

 

Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, Tacikistan tərəfi iyunun 4-də yerli vaxtla saat 03:00-da Oş vilayətinin Çon-Alay rayonunun Unju-Bulak məntəqəsində Qırğızıstan ərazisinin bir kilometr dərinliyinə daxil olaraq konteyner quraşdırıb.

 

Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, hazırda sərhədin Tacikistan tərəfində hərbçilərin və yüngül zirehli texnikanın cəmlənməsi müşahidə edilir. Qırğızıstan vəziyyətin sərhəd təmsilçiləri səviyyəsində nizamlanması üçün tədbirlər görür. Lakin qarşı tərəf telefon zənglərinə cavab vermir. Qurum rəsmilərinin sözlərinə görə, Tacikistanla sərhədyanı rayonlarda yerləşən Qırğızıstan Sərhəd Xidmətinin bölmələri gücləndirilmiş xidmət rejiminə keçib.

 

Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarında yerli əhali arasında başlayan növbəti münaqişə sərhədçilərin silahlı qarşıdurması ilə nəticələnib. Qarşıdurma nəticəsində Qırğızıstanın 36 vətəndaşı həlak olub, 200-ə yaxın insan yaralanıb. Tacikistan isə 19 vətəndaşının öldüyünü 87 nəfərin isə xəsarət aldığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş