Platforma ixracatçılara Çin alıcıları ilə birbaşa qarşılıqlı əlaqədə olmağa və onlayn əməliyyatlar aparmağa imkan verəcək
Qazaxıstan və Çin taxıl və kənd təsərrüfatı məhsullarının ticarəti üçün birgə rəqəmsal platforma təqdim ediblər.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, platforma ixracatçılara Çin alıcıları ilə birbaşa qarşılıqlı əlaqədə olmağa və onlayn əməliyyatlar aparmağa imkan verəcək.
Platformada artıq 35 Qazaxıstan şirkəti qeydiyyatdan keçib. 24.000 ton yağlı kətan üçün ixrac müqavilələri artıq bağlanıb.
Platforma təxminən 50.000 kənd təsərrüfatı müəssisəsini birləşdirən Çinin Milli Onlayn Taxıl Ticarət Platformasına əsaslanır.