Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Xəbərə görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu məhv edilib.