Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başlayıb
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycana səfərə gəlib. AYNA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.