"Qarabağ" və "Nefçi" klublarına xəbərdarlıq edilib

İdman

17.09.2021 - 13:58

Həkimlər Klinikalar SEO Xidməti

Paytaxt təmsilçisi 800 manat məbləğində cərimələnib

AFFA İntizam Komitəsi "Neftçi" və "Qarabağ" klublarına xəbərdarlıq edib.

AYNA-nın"Report"a istinadən məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının III turunda iki komanda arasında keçirilmiş qarşılaşma ilə əlaqədardır.

Klublar ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi vacibliyinə dair xəbərdarlıq alıb.

Bundan əlavə, 4 oyunçusu sarı vərəqə aldığı üçün paytaxt təmsilçisi 800 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Bakcell Arena"dakı qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş