Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Xəbərlər

05.10.2026 - 12:08

Əməliyyat və profilaktik tədbirlər davam etdirilir

Oktyabrın 3-də və 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tüfəng, 1 patron darağı və 279 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş