Qalibaf: “ABŞ-ın damışıqlar taktikası şoudur”

Dünya

07.08.2026 - 15:44

İran Parlamentinin sədri Vaşinqtonu vədlərini yerinə yetirməyə çağırıb

İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-ın danışıqlar taktikasını "şou" adlandırıb.

AYNA.AZ xəbər verir ki, Qalibaf “X”də yazıb: "Onlar böyük bir tətil hazırlayırlar, sonra deyirlər danışıqlar istəyirlər. Bu, şou diplomatiyasıdır. Qorxu, pozulmuş vədlər və təsir gücü kimi saxta xəbərlər uğursuz bir strategiyadır".

O, ABŞ-ı vədlərini yerinə yetirməyə çağırıb: “Faktları qəbul edin və öhdəliklərinizi yerinə yetirin! Artıq bu şouya ehtiyacımız yoxdur”.

Qeyd edək ki, 5 avqustda ABŞ Prezidenti Donald Tramp İranla danışıqların gedişatını yüksək qiymətləndirib. Lakin o, xəbərdarlıq edib ki, əgər Tehran "danışıqlarda geri çəkilərsə", İrana "çox ağır zərbə" dəyəcək.

Xatırladaq ki, 2 avqustda Tramp Hörmüz boğazının açılması və nüvə proqramı ilə bağlı razılaşmaların daxil olduğu yeni sülh sazişi fonunda İrana hücumları dayandırdığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş