Putin: “Ukrayna ilə bağlı yeni danışıqlar davam edir”

Dünya

29.06.2026 - 00:04

“Bu istiqamətdə yeni təkliflər var”

“Ukrayna ilə bağlı danışıqlar davam edir. Bu istiqamətdə yeni təkliflər var”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

Putin Rusiyanın enerji infrastrukturuna endirilən zərbələrin müəyyən çətinliklər yaratdığını, lakin bunun Moskvanın danışıqlardakı mövqeyinə təsir göstərməyəcəyini bəyan edib.

“Rusiya qoşunları Dobropolye yaşayış məntəqəsinə yaxınlaşır. Bu yaşayış məntəqəsindən sonra Ukrayna qüvvələrinin əvvəlcədən hazırlanmış müdafiə xətləri olmayıb.  Rusiyanın məqsədləri arasında Donbass və "Novorossiya" üzərində tam nəzarətin təmin edilməsi də var”, - deyi Rusiya rəhbəri qeyd edib.

Putin Rusiya qoşunlarının Sumı şəhərinə təxminən 10 kilometr, Slavyanska isə 8–9 kilometr məsafədə olduğunu, hücum əməliyyatlarının 15 istiqamətdə davam etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş