Polis yas mərasimini dayandırdı

Xəbərlər

21.04.2021 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

Karantin rejimi qaydalarını pozanlar cərimələniblər

 

Ağstafa Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

 

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş