Polis və DSX birgə əməliyyat keçirib

Xəbərlər

22.02.2021 - 12:37

Həkimlər Klinikalar SEO Xidməti

Yeddi kiloqramdan artıq narkotik maddə götürülüb

 

Cəlilabad rayonunda Bakı şəhər sakinindən külli miqdarda narkotik aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Həsənzadə idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişini, əvvəllər məhkum olunmuş A.Rüstəmovla birgə Ocaqlı kəndinin ərazisində saxlanılıblar.

 

Avtomobilə baxış zamanı oradan altı kiloqram 395 qram heroin və bir kiloqram 270 qram metamfetamin aşkar edilərək götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş