Paytaxtda suyun verilişində məhdudiyyətlər olacaq

Xəbərlər

17.07.2020 - 16:58

cedabet dərman SEO Xidməti

Magistral su kəmərində qəza baş verib

 

Bakının bir sıra rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq. AYNA-nın xəbərinjə görə,  bu barədə “Azərsu” ASC-dən məlumat verilib.  Qeyd edilib ki, şəhərin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissədə) qəza olub.

 

“Baş verən qəza ilə əlaqədar paytaxtın Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul səhər saatlarına qədər məhdudiyyətlər olacaq. “Azərsu” ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür”, - məlumatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş